bazar ertəsi 4 may 2026 - 23:14
İran bayrağı xalqın kimliyidir / Birlik, hegemon sistemə qarşı müqavimətin şərtidir

Həzrət Ayətullah Cavadi Amuli vurğulayıb: Müxtəlif zövq və düşüncələrə malik insanların, İran bayrağı altında bir araya gəlməsi cəmiyyətdə dini mədəniyyətin dərin nüfuzunu göstərir. Bu mədəniyyət fədakarlıq, şəhadət və vətənə bağlılıq kimi anlayışları müxtəlif təbəqələr arasında kökləndirməyi bacarmışdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, xanım Fərzanə Sadiq Malvacerd, yol və şəhərsalma naziri və onu müşayiət edən heyət bu gün səhər Ayətullah üzma Cavadi Amuli ilə görüşüblər.

Həzrət Ayətullah Cəvadi Amuli bu görüşdə İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin məqamını yad edərək bildirib: “Allaha şükür edirik ki, elə bir dövrdə yaşayırıq ki, İslamın sonsuz nurunun bir hissəsini müşahidə edə bilirik.

O, daha sonra İkinci Dünya Müharibəsindən sonrakı qlobal dəyişikliklərə, böyük güclərin formalaşmasına və beynəlxalq sistemdə baş verən proseslərə toxunub. Həmçinin Ayətullah Xomeyni (r) tərəfindən Mikail Qarbaçova ünvanlanan tarixi məktubu xatırladaraq bildirib ki, İran nümayəndə heyəti həmin məktubu sadəcə təqdim etməmiş, onu qarşı tərəfə öyrətmişdi. Bu isə İslamın dünya və supergüclərlə münasibətdə tərbiyəvi və mədəni yanaşmasının nümunəsidir.

O, ABŞ-ın törətdiyi cinayətlərə işarə edərək vurğulayıb: Bu gün dünya insan məntiqindən uzaq bir axınla qarşı-qarşıyadır. Bu axın bir gün Fələstində və Qəzzada qətliam törədir, başqa bir gün isə eyni cinayətləri İranın məktəb, xəstəxana və yaşayış məntəqələrində həyata keçirir. Biz normal bir insanla qarşı-qarşıya deyilik.

Ayətullah Cavadi Amuli İranın mədəni və tarixi potensialına toxunaraq ölkənin sivilizasiya baxımından ABŞ-dan fərqləndiyini qeyd edib və deyib: İran zəngin elm, sənət və mənəviyyat tarixinə malikdir. Bu ölkənin hər bir nöqtəsində elm və incəsənət izləri var. ABŞ isə belə deyil. Buna görə də biz öz mədəniyyət, tarix və kimliyimizə söykənərək dayanmalıyıq.

O əlavə edib: Biz qlobal düşünməli, regional fəaliyyət göstərməliyik. Onun sözlərinə görə, İslam məntiqi coğrafi sərhədlərdən kənara çıxan bir baxışa malikdir və insan ləyaqəti, əhdə vəfa və qanunlara hörmət kimi prinsiplərə əsaslanır.

O, insanın ölümü ilə yox olmadığını, əksinə başqa bir mərhələyə keçdiyini vurğulayaraq bildirib: Əgər insan əbədidirsə, onun düşüncəsi də əbədi olmalıdır və bu əbədi düşüncə yalnız tövhid çərçivəsində mümkündür.

Ayətullah Cavadi Amuli qeyd edib ki, İslam məntiqinə görə verilən vədlərə və bağlanmış müqavilələrə sadiq qalmaq vacibdir və bu prinsip qeyri-müsəlmanlarla münasibətlərdə də qorunmalıdır.

O, ölkə daxilində milli birliyin gücləndiyini qeyd edərək bildirib ki, İranın müxtəlif bölgələrində imanı və həmrəyliyi açıq şəkildə görünür və bu, dini mədəniyyətin nəticəsidir.

Onun sözlərinə görə, müxtəlif baxışlara malik insanların, o cümlədən qadın, kişi və gənclərin vahid bayraq altında birləşməsi dini dəyərlərin cəmiyyətdə dərin təsirinin göstəricisidir.

Bu mərcəyi-təqlid, həmçinin yol və şəhərsalma nazirliyinin infrastrukturun inkişafı, tunellərin tikintisi və nəqliyyat yollarının yaxşılaşdırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirərək bunların təhlükəsizliyin artırılmasına və insanların hərəkətinin asanlaşmasına xidmət etdiyini bildirib.

O, Qum şəhərinin xüsusi mövqeyinə diqqət çəkərək, xüsusilə bu bölgədə infrastrukturun, o cümlədən hava limanının tikintisinin vacibliyini vurğulayıb.

Ayətullah Cavadi Amuli sonda səmimi xidmətin və İslam dəyərlərinə sadiqliyin vacibliyini qeyd edib, məsul şəxslərə təşəkkürünü bildirib və hökumət üzvlərinə, xüsusilə cənab Pezeşkiana dua etdiyini ifadə edərək onların xidmətlərinin Allah dərgahında qəbul olunmasını arzulayıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha